Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 12:31:00
Peşə məktəblərində bu qədər vakant yer var: direktor, müavin və müəllimlər üçün

Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili müəssisəsində direktor və direktor müavinləri, ixtisas fənn müəllimləri və istehsal təlimi müəllimləri üçün işə qəbul müsbiqəsində vakant yerlərin, ümumi müraciətçilərin və imtahanda iştirak edənlərin sayını açıqlayıb. 

 

AzEdu.az xəbər verir ki, peşə təhsili müəssisəsində 22 direktor, 28 direktor müavini vəzifəsi vakantdır.

 


Direktor və direktor müavini vəzifələri üçün ümumi olaraq 581 nəfər müraciət edib. Agentlikdən verilən məlumata görə, test imtahanında iştirak edənlərin sayı isə 323 nəfər təşkil edir.

 

İxtisas fənn müəllimləri və istehsal təlimi müəllimi üçün işə qəbul müsabiqəsinə müraciətçilərin ümumi sayı 1328 nəfərdir. Test imtahanında iştirak edənlərin sayının isə 765 nəfər olduğu açıqlanıb.

 

İxtisas fənn müəllimləri üçün 79 vakant yer mövcuddur.