Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 12:45:50
Bu il peşə təhsilində 6 yeni ixtisasa qəbul aparılacaq

"Peşə təhsilini bitirənlərə də universitetlərə daxil olmaq imkanı yaradılacaq"

 

AzEdu.az xəbər verir ki, bunu Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov bu günkeçirilən kommunikasiya görüşündə deyib.

 

"Onların sayını artırmağa çalışırıq. 2026-cı ildə həmin şəxslərin sayı 9500-ə yaxın olacaq. Yüksək texniki peşələrə qəbul dövlət sifarişi əsasında aparılır".

C.Kərəmovun sözlərinə görə, bu il yüksək texniki peşə sahəsi üzrə tədris proqramına 6 yeni ixtisasın əlavə edilməsi planlaşdırılır. Bu isə o deməkdir ki, peşə təhsilində 6 yeni ixtisasa qəbul aparılacaq.


Bura kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı, texniki yeni ixtisaslardan (1 illik) isə rabitə quraşdırıcısı-kabelçi, kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, un üyütmə istehsalının aparatçısı üzrə ixtisaslar aiddir.

Agentlik rəhjbəri deyib ki, qəbul prosesi yayda aparılır.

"Keçən il 1 avqust tarixində aparılıb. Bu il də ən gec avqust ayında qəbulun həyata keçirilməsi planlaşdırılır".