Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 09:16:00
DİM-dən IV və I qrupların imtahan nəticələri barədə AÇIQLAMA

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

Növbədə isə abituriyentlər tərəfindən səbirsizliklə gözlənilən lV və l ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələridir.

 

Bəs 3 və 4 iyun tarixlərində keçirilmiş bu qəbul imtahanlarının nəticələri nə zaman açıqlanacaq?

 

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, I və IV qruplar üzrə qəbul imtahanının nəticələrinin növbəti həftənin sonuna kimi elan olunması nəzərdə tutulur.