Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 18:51:00
“Özümü gələcəyin müəllimi görürəm” - III qrupda ən yüksək bal toplayan ABİTURİYENT

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 20 və 21 may tarixlərində keçirilən II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri bu gün açıqlanıb. 

 

20 və 21 may tarixli qəbul imtahanlarından III qrup üzrə 392,5 balla ən yüksək nəticə göstərən S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu Səlimova Aysel Anar qızıdır.
 

Aysel imtahanın I mərhələsində 286.8 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəyə imza atıb - 679,3 bal toplayıb.

 

Aysel gələcək hədəfləri və əldə etdiyi uğurlarla bağlı fikirlərini AzEdu.az-la bölüşüb.

 

- Aysel, yüksək nəticə toplamağın münasibəti ilə səni təbrik edirik. Təəssüratlarını oxucularımızla bölüşərdin...

 

- Nəticələr elan olunan zaman kursda idim. Düzü, özümdən bu qədər yüksək nəticə gözləmirdim.  Çox sevindim. Çəkdiyimiz əziyyətlərə dəydiyini görmək insanı çox xoşbəxt edir. 

 

- Hansı ixtisasa qəbul olunmaq istəyirsən?

 

- Azərbaycan Dillər Universitetində, İngilis dili müəllimliyi ixtisasına qəbul olunmaq istəyirəm.

 

- İmtahana hazırlıq barədə nə deyə bilərsən, repetitor yanında hazırlaşmısan, yoxsa təkbaşına?

 

- Mən repetitor hazırlığına getməmişəm. Hazırlıq müddətim boyunca Fortis Akademiyada əlavə təhsil almışam. Hazırlıq müddətimdə müəllim kollektivi və digərləri ilə həqiqi mənada çox çalışmışıq. Çalışmağımızın nəticəsi də göz önündədir. 

 

- Bəs gələcək hədəflərin nələrdir?

 

- Gələcəkdə ingilis dili sahəsi üzrə pedaqoji istiqamətə yönəlmək istəyirəm. Özümü gələcəkdə müəllim olaraq görürəm.