Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 15:20:52
Macarıstan Universitetinin professoru UNEC-də mühazirə deyib

Macarıstanın Miskolç Universitetinin (University of Miskolc) professoru Istvan Kunos Erasmus+ mübadilə proqramı çərçivəsində UNEC-də işgüzar səfərdə olub.

 

AzEdu.az xəbər verir ki, səfər çərçivəsində macar qonaq UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşları görüşüb və hər iki universitet arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb. Professor UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə “Zamanın idarəolunması” (time-management) və “Yumşaq bacarıqlar” (soft skills) mövzularında mühazirə də deyib. 

 

UNEC-in infrastruktoru ilə tanış olan macar professoru müəllim və tələbələr üçün yaradılan şəraiti, eləcə də elektron tədris prosesinin təşkilini yüksək qiymətləndirib.