Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-04 09:43:51
Saatlıda 18 yaşlı oğlan xalasının ərini öldürüb

İyunun 4-ü saat 01 radələrində 1978-ci il təvəllüdlü Elşad İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

AzEdu.az xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin aralarında yaranmış mübahisə zamanı Elşad İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

 

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İbtidai istintaq davam edir. Qətlə yetirilən Elşad İsmayılovun Kənan Nərimanzadənin xalasının əri olduğu bildirilir.