Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 10:54:08
Yeniyetmələr dəmir yolunda oğurluq edib  

Bakıda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərlərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.