Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 17:18:00
Kooperasiya Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.az və Azərbaycan Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov, İqtisadiyyat fakültəsinin dekanı Elşən İbrahimov, Sosial iş və tərcümə fakültəsinin dekanı Elnurə Məmmədova və həmin statusa layiq görülmüş tələbələr iştirak edib.

 

Tədbir Tamerlan Əkbərov açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Tünzalə Abbasova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.

 

Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.

 


Azərbaycan Kooperasiya Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Muradlı Əli - Qida məhsulları mühəndisliyi ixtisası

 

Süleymanzadə Oqtay - Sosial iş ixtisası

 

Nuriyeva Əfşan Samir oğlu - Tərcümə fakültəsi

 

Dadaşova Gülçin Zaur qızı - Tərcümə fakültəsi

 

Zeynalova Ünsiyyə Qulamrza qızı - Tərcümə fakültəsi

 

Babazadə Ofeliya Fərhad qızı - Tərcümə fakültəsi

 

Zeynalov Əli Fariz oğlu - Tərcümə fakültəsi

 

Şıxəliyev Rövşən Fərid oğlu - Tərcümə fakültəsi

 

Kərimov Aydın Bəxtiyar oğlu - Ekologiya mühəndisliyi ixtisası

 

Həsənov Peyman Sərraf oğlu - Ekologiya mühəndisliyi ixtisası

 

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.

 


Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.