Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 14:46:44
Orta məktəb məzunları 50 ildən sonra görüşdülər - FOTO

M.Qorki adına Cəbrayıl şəhər orta məktəbin 1973-cü il məzunları 50 ildən sonra görüşüblər.


AzEdu.az xəbər verir ki, yaşlı məzunların görüşü mayın 29-da "Xarı bülbül" istirahət mərkəzində keçirilib.

Mərasim barədə məlumat veriən qocaman məzun Vidadi Hümbətov deyib:


“Orta məktəbi qurtarmağımızın 50 illik yubiley tədbirində 32 şagird - məzun iştirak edirdi. Gah sevinib, gah kövrələn sinif yoldaşlarımla birlikdə çox duyğulu anlar yaşadıq.

Məktəb illəri, məktəb yolları hər birimizin həyatda getdiyi yolların ən şərəflisidir. Çünki bu yollarda dünyanın min bir hiyləsindən uzaq olan, uşaqlıq illərinin saf və təmiz xatirələri yaşayır.

Bizi bizdən alan o Cəbrayıllı günlərin, uşaqlıq dünyasının həzin və kövrək xatirələriylə baş-başa qaldıq...

Hamılıqla ürəkdən deyib - güldük, rəqs elədik. Bu şənliyin özgə bir təravəti vardı”.

Məzunlar görüşdə dünyasını dəyişən müəllimləri, sinif yolaşlarını, şəhidləri də ehtiramla yad edib, onların ruhlarına dualar oxuhyublar.

“Ən böyük arzumuz isə ömrümüzün davamını doğma Cəbrayılda yaşamaq istəyi oldu ... Uca Tanrı hamını öz arzusuna çatdırsın”, - V.Hümbətov bildirib.