Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 09:44:00
Uşaqlar kompüter qarşısında nə qədər otura bilər?..

Uşaqların kompüter və smart telefonlardan gün ərzində nə qədər istifadə etmələri barədə fikirlər müxtəlifdir.

AzEdu.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Təhsil Nazirliyi ölkədə hər yaş mərhələsinə uyğun olaraq kompüterdən istifadə etmək qaydaları ilə bağlı dəqiq təlimat hazırlanıb.

Belə ki, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 18 yanvar 2023-cü il tarixli əmri ilə “Təhsil obyektləri üçün sanitar-epidemioloji tələblər”lə bağlı qaydalara yeni əlavələr edilib.

Bu əlavələrə uyğun olaraq uşaqlar onlar üçün ayrılmış kömpüter və planşetlərdən dərs zamanı aşağıdakı müddət ərzində istifadə edə bilərlər:

- məktəbəqədər qruplarda (siniflərdə) və 1-ci sinifdə - 15 dəqiqədən çox olmayaraq;

- 2-3-cü siniflərdə - 20 dəqiqədən çox olmayaraq;

- 4-5-ci siniflərdə - 25 dəqiqədən çox olmayaraq;

- 6-8-ci siniflərdə - 25 dəqiqədən çox olmayaraq;

- 9-11 (12) siniflərdə - 30 dəqiqədən çox olmayaraq.

Eyni zamanda qeyd olunur ki, məktəbəhazırlıq siniflərində dərslərin icazə verilən maksimum həddi 4-dən artıq olmamalı və hər dərs 25-30 dəqiqə davam etməlidir. Dərslər arasında fasilələr isə ən azı 10 dəqiqə nəzərdə tutulmalıdır.