Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 15:39:31
Azərbaycanda seçicilərin sayı AÇIQLANIB

Azərbaycan üzrə vahid seçicilər siyahısına 6 334 178 seçici daxil edilib.

 

AzEdu.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

 

Onların 3 milyon 5 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 57 nəfəri isə qadındır (52,56%).

 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının ötən il yaydığı məlumatda Azərbaycanda seçicilərin sayının 6 401 955 nəfər olduğu bildirilib (onların 47,18 faizi kişi, 52,82 faizi isə qadınlardır).