Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 16:55:00
AzTU Bahçeşehir Universiteti ilə memorandum imzalayıb

Türkiyənin Bahçeşehir Universitetinin rektoru professor Şirin Karadenizin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüş zamanı rektorlar rəhbərlik etdikləri universitetlərdə görülən işlər və yeniliklər barədə məlumat veriblər. Həmçinin AzTU ilə Bahçeşehir Universiteti arasında müvafiq sahələr üzrə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 

Sonra hər iki universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.