Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 16:31:00
Universitet saytları – ADU-nun heç bir özəlliyi olmayan standart elektron məkanı

Dünya universitetlərinin  fəaliyyətlərinin işıqlandırılması məqsədilə, onların elektron ünvanlarında, yəni saytlarında insanların istədiyi məlumatı əldə edə bilməsi üçün hər cür şərait yaradılıb.

Həmin universitetlərdə təhsil alan tələbələr də bir çox  elektron xidmətlərdən  yararlanmaq üçün sayta müraciət edirlər.

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən universitetlərin saytlarının fəaliyyətini oxuculara çatdırmaq üçün silsilə yazılarını davam etdirir.

Budəfəki yazımızda Azərbaycan Dillər Universitetin rəsmi saytı www.adu.edu.az  fəaliyyətinə yer verilib:

Saytda “Daxili quruluş”, “Bizdən yazırlar”, “Biz yazırıq”, “Xarici əlaqələr” və “Əlaqə” bölmələri fəaliyyət göstərir.

 

“Daxili quruluş” bölməsi vasitəsilə universitetin rəhbərliyi, departamentləri, şöbələri, universitetdə mövcud fakültələr və ADU-nun daxili strukturu ilə bağlı məsələlər barədə məlumatlar öz əksini tapıb.

“Xarici əlaqələr” bölməsi vasitəsilə mübadilə proqramları, ixtisasartırma ilə bağlı məlumat, institutlar,  mərkəzlər və “Səfir saatı” layihəsi barədə məlumat almaq mümkündür  Müxtəlif ölkələrin səfirlərinin və digər diplomatlarının ADU-da həyata keçirilən “Səfir saatı” layihəsində iştirakı maraqla qarşılanan yeni layihələrdəndir. “Səfir saatı” layihəsinin məqsədi tələbələrin müxtəlif ölkələrin səfirləri ilə, diplomatlarla birbaşa, daha geniş ünsiyyət imkanı əldə etmək, Azərbaycanın xarici əlaqələrini, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, həmçinin həmin dövlətlərin hazırki durumu, tarixi, coğrafiyası, mədəniyyəti, milli dəyərləri haqqında daha ətraflı faydalı məlumatlar əldə etmək imkanı yaratmaqdır.

“Bizdən yazırlar” bölməsində müxtəlif KİV orqanlarında ADU-nun xəbərlərinin işıqlandırıldığı xəbərlər öz əksini tapıb. “Biz yazırıq” bölməsini isə xəbər lenti adlandırmaq olar.

Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Saytın aşağı hissəsində “ADU Tv-nin çəkilişləri” adlanan guşə mövcuddur. Həmin guşə vasitəsilə müxtəlif videolarla tanış ola bilərsiniz. Saytda eyni zamanda bakalavr, magistratura pilləsinə qəbul olunan tələbələrin qeydiyyat üçün gətirməli olduğu sənədlər də öz əksini tapıb.

Azərbaycan Dillər Universitetində də elektron tələbə sistemi mövcud deyil.

Xatırladaq ki, elektron sistem vasitəsilə tələbə dərsə davamiyyətini, aldığı qiymətləri, imtahan sessiyası ərzində cavablarının hansı balla qiymətləndirildiyini və digərfaydalı məlumatları universitetdən yox, məhz həmin sistem vasitəsilə universitetin sayından öyrənir. Bu sistem Azərbaycanın, sadəcə bir neçə universitetində tətbiq olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları