Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 21:00:00
13 yaşlı qızı qaçıran oğlan SAXLANILIB

Tovuz rayon sakini, 13 yaşlı Əfsanə Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə qaçmasına görə araşdırmalar davam etdirilir. 

 

AzEdu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

Onun sözlərinə görə, Ə. Tağıyevanın qoşulub qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

 

Faktla bağlı əlavə məlumat veriləcək.