Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 23:30:00
Azyaşlı uşağını və özünü dənizə atan qadın belə xilas edildi - VİDEO

Dalğıclar dənizdə batma təhlükəsində olan qadını xilas edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1985-ci il təvəllüdlü N.Cavadova dalğıclar tərəfindən xilas edilib.

 

Qeyd edək ki, intihara cəhd edən həmin qadın özündən əvvəl azyaşlı uşağını da dənizə atmışdı. Lakin uşaq bulvarda olan digər insanların yardımı ilə xilas olunmuşdu.