Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 09:44:00
Lənkəran Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib. 

 

Bu gün AzEdu.az-ın təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. AzEdu.az-ın "İlin gənc müəllimi" layihəsinin qalibi olan Lənkəran nümayəndəmiz Kamil Kazımov tələbələrlə uğurun sirlərini müzakirə edib. Daha sonra onlara qalib kimi təltifnamələri təqdim olunub.

 

Lənkəran Dövlət Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Bəşirli Xavər Rahim qızı- Tarix və coğrafiya müəllimliyi, l kurs

 

Kərimova Fidan Qabil qızı- Tarix müəllimliyi,l kurs

 

Mirzəzadə Leyla Natiq qızı- Kimya-biologiya müəllimliyi,l kurs

 

Ağayeva Mehriban Kamal qızı- Riyaziyyat və informatika müəllimliyi,l kurs

 

Nuruzadə Rəsul Əli oğlu - İqtisadiyyat, II kurs

 

Əliyeva Nəsibəxanım İsmayıl qızı - Mühasibat, III kurs

 
Qasımova Məryəm Ramik qızı - İngilis dili müəllimliyi, I kurs
 
Kərimova Sevinc Namiq qızı - İbtidai sinif müəllimliyi, II kurs
 
Şahverdiyev Əli Zaur oğlu- Kompüter mühəndisliyi, II kurs
 
Məmmədzadə Bəhruz Qahir oğlu - Baytarlıq təbabəti, II kurs
 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.