Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 15:43:09
Tələbələr üçün unikal fürsət esse müsabiqəsi elan edildi

“Terra Travel” ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Azərbaycanı tanıdın” mövzusunda esse müsabiqəsi elan edir.

 

Müsabiqənin məqsədi tələbələrə ölkəmizin turistik məkanlarını tanıtmaq, yaradıcı yazı qabiliyyətlərini təkmilləşdirmək, bilik və bacarıqlarını ifadə etməkdə özünə inam qazandırmaqdır.

 

Müsabiqə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində təhsil alan tələbələr arasında keçiriləcək.

 

Müsabiqəyə esseler elektron formada 15-25 may 2023-cü il tarixləri arasında terratravel.az veb saytı üzərindən qəbul ediləcək.

 

Qaliblərə mükafat və sertifikatlar təqdim olunacaq;
I yer – 1 nəfər - sertifikat + (1 nəfərlik İstanbula aviabilet (gediş-dönüş));
II yer – 1nəfər – sertifikat + (2 nəfərlik, 2 gecə 3 günlük “ Quba cənnət bağı” otelində gecələmə);
III yer – 1nəfər – sertifikat + ( 1 nəfərlik, 1 gecə 2 günlük avtobus turu, “Marxal” otelində gecələmə).