Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-14 16:37:36
AzTU basketbol komandası Özbəkistan təmsilçilərinə qalib gəlib

"Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin növbəti oyunları keçirilib.

 

AzEdu.az xəbər verir ki, AzTU (Azərbaycan) və USUPCS (Özbəkistan) tələbələrdən ibarət basketbol komandaları arasında keçirilən oyunda AzTU komandası 66-64 hesabı ilə Belarus təmsilçilərinə qalib gəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub.

 

Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz.

 

Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.