Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 15:26:00
AzTU komandası Türkmənistan təmsilçilərinə qalib gəldi

“Sərhədçi” İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin açılış mərasimi keçirilib.

 

Azərbaycan Texniki Universitetindən (AzTU) AzEdu.az-a bildirilib ki, açılış mərasimindən sonra turnirin qrup mərhələsində 4 oyun keçirilib. AzTU (Azərbaycan) və TTK (Türkmənistan) tələbələrdən ibarət basketbol komandaları arasında keçirilən oyunda AzTU komandası 74:73 hesabı ilə Türkmənistan təmsilçilərinə qalib gəlib. Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub.

 

Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz.

 

Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü mayın 15-i saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.