Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 13:46:00
Universitet saytları – BDU-nun elektron məkandakı təmsilçisinin uğur və boşluqları

Dünya universitetlərinin  fəaliyyətlərinin işıqlandırılması məqsədilə elektron ünvanlarında, yəni saytlarında insanların istədiyi məlumatı əldə edə bilməsi üçün hər cür şərait yaradılıb.

Həmin universitetlərdə təhsil alan tələbələr də bu elektron xidmətlər  yararlanmaq üçün sayta müraciət edirlər.

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən universitetlərin saytlarının fəaliyyətini oxuculara çatdırmaq üçün silsilə yazılara başlayıb.

 İlk yazıda  Bakı Dövlət Universitetin rəsmi saytı “bsu.edu.az”ın fəaliyyətinə yer verilib:

Əvvəlcə, qeyd edək ki, saytda xəbər lenti fəaliyyət göstərmir. Əsas xəbərlər “manşet” bölməsində yer alıb. Oxucu xəbərlərlə tanış olmaq istəyirsə, “xəbərlər arxivi” bölməsinə daxil olmalıdır. Universitetin gündəmindən asılı olaraq informasiyalar gün ərzində yenilənir.

Xəbərlər daha çox tədbirlər, ali təhsil müəssisəsində baş verən əlamətdar hadisələrdən bəhs edir.

Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Əlaqə bölməsində universitetin əlaqə vasitələri və ünvanı qeyd olunub.

Saytda “BDU haqqında”, “Rəhbərlik”, “Strukturlar”, “Fakültələr”, “İnstitutlar”, “Tələbə həyatı” və “Beynəlxalq departament” bölmələri fəaliyyət göstərir.

“BDU haqqında”

Bu bölmədə “BDU-nun tarixi”, “Rektorlarımız”, “BDU-nun məzunları”, “Fəxri doktorlarımız”, “BDU-da təhsil”, “BDU-da tədris olunan ixtisaslar”, “Universitet tarixinin ən mühüm hadisələri” alt bölmələri yer alıb. Bu bölmələr vasitəsilə universitetin tarixi, ali təhsil müəssisəsinə keçmişdən bugünə qədər rektorluq etmiş şəxslər, BDU-da tədris olunan ixtisaslar barədə ətraflı məlumat, universitet tarixində baş verən ən mühüm hadisələr öz əksini tapıb. Həmin hadisələrdən biri kimi universitetin 1922-ci il dekabrın 6-da - Azərbaycan Dövlət Universiteti adlandırılması qeyd olunub.

“Rəhbərlik”

Bu bölmədə “Rektor”, “Prorektorlar”, “Rektorun müşavirləri”, “Elmi şura”, “Dekanlar”, “Həmkarlar ittifaqı komitəsi”, “Tədris metodiki şura” alt bölmələri fəaliyyət göstərir.

“Rektor” bölməsi bizi BDU-nun rektoru, akademik Abel Məhərrəmovun sözləri ilə qarşılayır: “Bizim Universitetimizə xoş gəlmisiniz!

Bizim Universiteti seçməklə siz gələcəkdə sərbəst düşüncəli, geniş dünyagörüşlü və ən əsası, dərin intellektli mükəmməl şəxsiyyət olacağınıza əmin ola bilərsiniz. Əgər siz yaxşı tədqiqatçı-mütəxəssis kimi tanınmaq istəyirsinizsə, bu istiqamətdə sizə ən dəyərli yardımçı Universitetimizi tövsiyə edirik. Universitetimizin əsas məqsədi sizdə elmə, təhsilə böyük maraq oyatmaq, cəmiyyət üçün gərəkli şəxsiyyətə çevirmək, sizin daxili potensialınızı açmaq, özünüzün “kim olduğunuzu” kəşf etməyə yardımçı olmaqdır. Siz yüksək səviyyəli təhsil almaqla bərabər, böyük tarixi və şərəfli ənənələri olan universitetimizdə geniş informasiya dünyası və xoş əhval-ruhiyyəli auditoriya ilə əhatə olunacaqsınız. Ümid edirəm ki, burada siz özünüzü doğma məkanda hiss edəcəksiniz! Uğurlar olsun!” 

“Prorektorlar” alt bölməsində müxtəlif sahələr üzrə onların ad, soyadı və əlaqə vasitələri qeyd olunub. “Rektorun müşavirləri” bölməsində isə sadəcə həmin şəxslər barədə qısa məlumat əldə edə bilirik.

“Dekanlar”da universitetdə mövcud olan 17 fakültənin dekanları haqda məlumatlar öz əksini tapıb. “Həmkarlar ittifaqı komitəsi” bölməsi bu barədə məlumat əldə etmək istəyənlər üçün geniş bilgiləri özündə əks etdirir.

“Strukturlar”

Bu bölmədə “Tədris Elektron Mərkəzi”, “Tədris hissəsi”,”Elmi-tədqiqat hissəsi”, “MD şöbəsi”, “Mətbuat şöbəsi”, “Kadrlar şöbəsi”, “Ümumi şöbə”,  “Mühasibatlıq”, “Hüquqşünas”, “Universitet qəzeti”, “Nəşriyyat” “Həyat fəaliyyətinin təhlükəsizliyi” alt bölmələri mövcuddur.

Tədris departamenti və ona daxil olan mərkəz və şöbələrin müasir standartlara cavab verən saytının yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir. Elmi-tədqiqat hissəsi”ə daxil olduğumuzda  “eth.bsu.edu.az” səhifəsinə keçid edəcəksiniz.

“MD şöbəsi” hissəsinə daxil olduğunuz zaman sizə BDU-nun Magistratura və Doktorantura şöbəsi qarşılayır. “mad.bsu.edu.a” səhifəsinə keçid edirsiniz və burada magistratura və doktorantura haqda xəbər və elanlarla tanış ola bilərsiniz.

“Mətbuat şöbəsi”bölməsi bizi “press.bsu.edu.az” səhifəsinə yönləndirir. Mətbuat və informasiya şöbəsinin yeni tərtibatda saytının yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.

“Kadrlar şöbəsi”, “Ümumi şöbə”,  “Mühasibatlıq”, “Hüquqşünas”altbölmələrində həmin şöbələrin strukturu və işçi heyəti əksini tapıb.  “Universitetin qəzeti” və “Nəşriyyat” bölməsi bizi “publish.bsu.edu.az” səhifəsinə yönləndirir.  Səhifədə qəzet və nəşriyyat tarixi haqqında nəzəri bilgilərə rast gəlmək mümkündür. “Həyat fəaliyyətinin təhlükəsizliyi” bölməsi sizə həmin kafedra barəsində məlumat almaq üçün köməklik göstərə bilər.

“Fakültələr”

Bu bölmədə ali təhsil müəssisəsində fəaliyyət göstərən hər fakültə qeyd olunub. Həmin fakültələr və o fakültələrdə çalışan bütün müəllimlər barədə məlumat almaq istəyirsinizsə, sayt sizə fakültənin xüsusi səhifəsini yönəldəcək.

“İnstitutlar”

“Fizika problemləri Elmi-Tədqiqat İnstitutu”,”Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutu”, “Yunis Əmrə İnstitutu, “Konfusiya İnstitutu” alt bölmələri fəaliyyət göstərir.

“Fizika problemləri Elmi-Tədqiqat İnstitutu” və “Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutu”na daxil olduğunuz zaman yeni və çox da aktiv olmayan səhifə açılacaq. “Yunis Əmrə İnstitutu” barəsində məlumatlar isə saytda qeyd olunub.

“Konfusiya İnstitutu”adlanan xüsusi alt bölmə də var ki, açılan yeni pəncərədə: “BDU nəzdindəki Konfutsi İnstitutu 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əsasında yaradılan - Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzidir...” cümlələri qeyd olunub.

“Tələbə həyatı”

Bu bölmədə “Gənc Alimlər Şurası”, “Tələbə Həmkarlar İttifaqı”,”Tələbə Gənclər Təşkilatı”, “SABAH qrupları haqqında, “”İdman”, “Özfəaliyyət” altbölmələri fəaliyyət göstərir. Bunlar vasitəsilə sözü gedən bölmələr haqda məlumat almaq mümkündür.

1919-cu ildə yaranan Azərbaycanın ilk ali təhsil ocağı Bakı Dövlət Universitetində imtahanlar yazılış şəkildə həyata keçirilir. Dünyanın bir çox ölkələrinin ən böyük universitetlərində elektron tələbə sistemi fəaliyyət göstərsə də, Azərbaycanın ən böyük ali təhsil müəssisəsində bu sistem mövcud deyil.

Xatırladaq ki, elektron sistem vasitəsilə tələbə dərsə davamiyyətini, aldığı qiymətləri, imtahan sessiyası ərzində cavablarının hansı balla qiymətləndirildiyini və digərfaydalı məlumatları universitetdən yox, məhz həmin sistem vasitəsilə universitetin sayından öyrənir. Bu sistem Azərbaycanın, sadəcə bir neçə universitetində tətbiq olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları