Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 09:35:00
Məktəb direktorları üçün Google-dan HƏDİYYƏ

İnternet resursları və mobil proqramlar məktəb təhsilinin ayrılmaz bir hissəsiinə çevrilib. Dərslər artıq internet proqramları ilə birləşdirilərək keçirirlir, uşaqlar rəqəmsal rəngləmə kitabları vasitəsilə riyaziyyatı öyrənir və Zoom-da imtahan verirlər. COVID-19 bu prosesi daha da sürətləndirdi. Müxtəlif  tətbiqlər müəllimlərə təkcə müasir məktəbliləri maraqlandırmağa deyil, həm də gündəlik tapşırıqları asanlaşdırmağa kömək edir. Bu sahədə məktəb direktorları da istisna deyil.


AzEdu.az
sizi məktəb direktorları üçün nəzərdə tutulmuş G Suite for Education tətbiqi ilə tanış edir.


Bu həm də  “Google köməkçisi” adlandırılır.


Google müəllimlər və məktəb direktorları üçün onlayn və hibrid təhsilin təşkilinə kömək etmək üçün bu layihəyə başlayıb.


Tətbiq pulsuzdur. Bunun üçün Pulsuz G Suite hesabında sadəcə qeydiyyatdan keçərək müəllimlər və siniflər üçün hesablar yaratmaq tələb olunur. Bundan sonra siz əməkdaşlarınızın işini onlayn izləyə və hər bir sinifdə nələrin baş verdiyini hətta mobil telefonun ekranından da görə bilərsiniz.


Tətbiq köməyi ilə nəyə nail olmaq mümkündü?


Tətbiqdə siz hər bir sinif üçün internet səhifəsi yarada, cədvəllər, videolar dərc edə və müəllimlərlə ünsiyyət qura bilərsiniz. Direktor kimi sizin hər bir sinifdə  nə baş verdiyini izləməniz işinizi asanlaşdıracaq və əməkdaşların məsuliyyətini artıracaq.