Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 15:14:24
UNEC-də rəsm sərgisi keçirilib

UNEC Dizayn Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib.

 

AzEdu.az xəbər verir ki, sərgidə UNEC Dizayn Məktəbinin müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən  rəsm əsərləri təqdim olunub. Müsabiqə yolu ilə münsiflər heyəti tərəfindən seçilmiş rəsm əsərləri arasından qaliblər müəyyən edilib və müvafiq mükafatlarla təltif olunublar:

 

1 yer - Ruhəngiz Minacəddinova – UNEC Dizayn Məktəbi, IV kurs,

II yer-  Cəmil Niftəlizadə– UNEC Dizayn Məktəbi, II kurs,

III yer - Ayşən Cahangirova UNEC Dizayn Məktəbi, II kurs

Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən qaliblərə pul mükafatı, hədiyyələr və diplomlar təqdim edilib.