Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 09:57:00
2035-ci ilə qədər piylənmədən əziyyət çəkən uşaqlar 70 faiz artacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi 2020-2035-ci illər arasında Avropada obez uşaqların sayının təxminən 70% artacağını proqnozlaşdırır.

Bu problemi olan oğlanlar indi ilə müqayisədə 61%, qızlar isə 75% daha çox olacaq.


AzEdu.az xəbər verir ki, bu barədə ÜST-ün mətbuat xidmətinin məlumatında bildirilib.

Regional Ofis 2022-ci ildə Avropa və Mərkəzi Asiyanın 53 ölkəsindəki vəziyyəti öyrəndikdən sonra belə qənaətə gəlib. Bu məlumatlara görə, indi ibtidai yaşlı hər üçüncü uşaq piylənmədən əziyyət çəkir.  2035-ci ilə qədər isə 5-19 yaş arası cəmi 17 milyon oğlan və 11 milyon qız artıq çəkidən əziyyət çəkəcək.

“Uşaqlarımız getdikcə daha çox onların düzgün qidalanmasının və aktiv həyat tərzi keçirməsinin çox çətin olduğu mühitdə böyüyürlər. Bu, piylənmə epidemiyasının əsas səbəbidir”, - ÜST-ün Avropa rəhbəri Hans bildirib Kluge deyib.

ÜST hesab edir ki, piylənmə ilə mübarizədə əsas vasitə ailələrdə, məktəblərdə və bütövlükdə cəmiyyətdə düzgün qidalanmanın təşkili və fiziki aktivliyin təşviq edilməsidir. ÜST həmçinin, şəkərli içkilərə vergi tətbiq etməyə və uşaqlara zərərli qidaların satışını məhdudlaşdırmağa çağırır.