Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-09 11:48:16
Bu gün “Avroviziya”da ilk yarımfinal keçiriləcək

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, yarış İngiltərənin Liverpul şəhərində təşkil olunacaq.

 

Bugünkü yarımfinalda 15 ölkə təmsilçisi səhnəyə çıxacaq. Onlar arasında Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da yer alacaq. Əkiz qardaşlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Onlar “Tell me more” mahnısını ifa edəcəklər.

 

Birinci yarımfinalda Azərbaycanla yanaşı, Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.

 

Səsvermə mayın 9-da canlı konsert zamanı açıq olacaq.

 

İkinci yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək.