Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 15:20:23
UNEC-də “Oxu mədəniyyəti”...

UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” tədbirlər planı çərçivəsində UNEC Ekstern Tədris Mərkəzinin təşkilatçılığı və Kitabxana-İnformasiya Mərkəzi əməkdaşlarının iştirakı ilə “Heydər Əliyev irsi-100 müzakirə” silsiləsindən növbəti müzakirə keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva açaraq, UNEC-də “Oxu mədəniyyəti” Tədbirlər Planının məqsədi barədə məlumat verib.

 

Sonra UNEC Ekstern Tədris Mərkəzinin direktoru Zaur Əzizov ümummilli lider Heydər Əliyevin təhsilə verdiyi önəmdən, bu sahədə aparılan islahatlardan bəhs edib. Həmin islahatların UNEC-də, eləcə də Ekstern Tədris Mərkəzində tətbiqi haqqında danışıb. Hibrid və onlayn dərslərin təşkili, UNEC-də tədrisin rəqəmsallaşdırılması üzrə icra edilən layihələr, Flipped Education (Çevrilmiş təhsil) və distant təhsil barədə ətraflı məlumat verib.

 

Mərkəzin Təhsil və təlim texnologiyaları şöbəsinin mütəxəssisi Məryəm Məmmədli, böyük mütəxəssis Bənövşə Aslanova, aparıcı mütəxəssis Tofiqə Hüseynova tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin təhsil siyasətindən, orta və peşə məktəbləri ilə bağlı islahatlarından söz açıblar.

 

Çıxışlardan sonra tədbir qarşılıqlı müzakirələrlə davam edib.