Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 15:03:17
BMU müəlliminin yaradıcılıq sərgisi keçirilib

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının müəllimi, tanınmış rəssam, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Tünzalə Məmmədzadənin yaradıcılıq sərgisi və “İpək yolunda eşq” adlı kitabının təqdimat mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

 

Dövlət Himninin səsləndiriliməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımız yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra rəssam Tünzalə Məmmədzadənin fəaliyyət və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

 

Mərasimdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov, UNEC Dizayn Məktəbinin əməkdaşı, tanınmış rəssam Əli Əliyev Ulu Öndərin 100 illik yubileyi çərçivəsində təşkil olunan sərgi haqqında təəssüratlarını paylaşıb, eyni zamanda ipək üzərində əsrarəngiz əsərlər yaradan T.Məmmədzadənin yaradıcılığı haqda fikirlərini bildiriblər.

Çıxışların ardınca müəllif T.Məmmədzadə “İpək yolunda eşq” adlı kitabından bəhs edib.

Tədbir rəsm əsərlərinə baxış və kitabın müəllif tərəfindən imzalanması ilə başa çatıb.

Qeyd edək ki, tədbir Suraxanı Rayon İcra Hakimiyyəti, BMU, Suraxanı rayon Heydər Əliyev Mərkəzi, TEM-ART Sənət Mərkəzi və UNEC - Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.