Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 08:56:00
Məktəblərdə informasiya təhlükəsizliyi fənni tədris olunacaq    

Rusiyada hökumətin təsdiqlədiyi “Uşaqlar üçün informasiya təhlükəsizliyi Konsepsiyası" əsasında informasiya təhlükəsizliyi adlı fənn orta məktəblərin tədris proqramına salınacaq.

AzEdu.az saytı xəbər verir ki, bu barədə Rusiya KİV-nin məlumatında deyilir.

Bu dərslərdə şagirdlərə internet üzərindən fəaliyyət göstərən fırıldaqçıları necə tanımaq və yad adamların uşağın və onun valideynlərinin şəxsi məlumatlarını öyrənməyə, onun ailəsi haqqında soruşmağa başlayanda necə davranmalı olduqları öyrədiləcək.

Konsepsiyada müəllimlər və valideynlər üçün mütəmadi olaraq maarifləndirici tədbirlər də nəzərdə tutulur: uşaqlar “sağlamlığa, eləcə də əxlaqi və mənəvi inkişafına zərər verə biləcək məlumatlar" barədə xəbərdar ediləcək.