Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-06 10:20:00
İlin ilk Ay tutulması olub

Dünən bu ilin ilk Ay tutulması hadisəsi baş verib. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.

 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a bildirilib ki, tutulma hadisəsi saat 19:14-də başlayıb və saat 23:31-də sona çatıb. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınıb.

 

Tutulma hadisəsini Cənub-Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkün olub.

 

Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunub.