Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 14:56:51
Mayın 5-6-da meteor yağışı olacaq

Mayın 5-6-da “Eta-Akvarid” adlı meteor yağışı olacaq.

Bu barədə AzEdu.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.

“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.