Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 13:56:00
Deputat ikinci “Yüksəliş”in qalibləri ilə görüşüb

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev Siyasi Məktəbi” layihəsi çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, layihə barədə məlumat verən Kamal Cəfərov Sabirabadlı gənclərə yumşaq bacarıqların inkişafı ilə bağlı təlimlərin keçirilməsində “Yüksəliş” müsabiqəsinin qaliblərindən dəstək istədiyini deyib.

 

“Yüksəliş” müsabiqəsinin qalibləri ölkəmizin və gənclərin inkişafı naminə bu layihədə öz töhvələrini verməkdən qürur hissi duyacaqlarını ifadə ediblər. Eyni zamanda qeyd ediblər ki, layihənin iştirakçılarına mentorluq edərək, onların davamlı inkişafına töhfə verə bilərlər. Görüşün davamında Kamal Cəfərov qaliblərin layihənin inkişafı istiqamətində fikirlərini və təkliflərini dinləyib. Həmçinin, layihənin keyyfiyyətinin artırılmasına verdiyi dəstəyə görə onlara təşəkkür edib. 

 

Qeyd edək ki, “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin məqsədi Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasında yeni nəsil Sabirabad fəallarının siyası hazırlığını yüksəltməkdir. 

 

Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda, Ulu Öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrəniləcək.

 

Birinci dövr Heydər Əliyevin tələbəlik və gənclik illəri (Naxçıvan şəhəri), ikinci dövr dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (DTX Akademiyası), üçüncü dövr Sovet Azərbaycanına rəhbərlik etdiyi illər (Sabirabad şəhəri), dördüncü dövr Sovet İttifaqının rəhbərliyində çalışdığı illər (Hökumət Evi), beşinci dövr müstəqilliyimizin bərpası uğrunda mübarizəsi (Yeni Azərbaycan Partiyası, Milli Məclis) və sonuncu dövr isə Ulu Öndərin qayıdışı, müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri (Şuşa şəhəri) əhatə edəcək.

 

Eyni zamanda, layihə çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən layihə iştirakçılarına fərdi inkişaf proqramı keçiriləcək və onlara mentorluq ediləcək.