Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 11:34:00
MDU-da tədqiqat bacarıqlarına dair seminar keçirilib

2023-cü ilin 25-26 aprel tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə professor-müəllim heyəti üçün “Elmi məqalələrə qoyulan tələblər” və “Elmi məqaləni necə yazmalı?” mövzularında seminarlar keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayevin müvafiq mövzular üzrə təqdimatlarla çıxış etdiyi seminarlarda MDU-nun 50-ə yaxın əməkdaşı iştirak edib.

 

Bildirilib ki, seminarlar əməkdaşların elmi fəaliyyətə marağının artırılması, onların müasir tələblərə uyğun məqalə yazma və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır.

 

Maraqla qarşılanan seminarlarda geniş müzakirələr aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılıb.

 

Qeyd edək ki, MDU-da sözügedən mövzularda elmi seminarların davam etdirilməsi nəzərdə tutulub.