Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 12:01:58
UNEC-də Beynəlxalq Tədqiqat Mərkəzi yaradılacaq

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilovun iştirakı ilə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Azərbaycan üzrə işçi qrupun sədri, Türkiyənin ÜTT yanındakı daimi nümayəndəsi Alpaslan Acarsoyun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ÜTT-nin nümayəndələrinə universitet barədə məlumat verilib.

 

Sonra Azərbaycanın ÜTT-yə üzvlük prosesinin cari vəziyyəti və qarşıda duran məsələlər, eləcə də həmin prosesdə akademik dairələrin rolu barədə müzakirələr aparılıb. Hər iki tərəfin razılığı ilə UNEC-də ÜTT üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin yaradılmasına dair qərar verilib.