Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 14:00:00
Sertifikasiyaya könüllü getmək istəyən müəllimlər - Nazirlik onlara “YOX” dedi

Məlum olduğu kimi, 2022-ci ilin yayından təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırılma prosesinə cəlb olunub və 8 mindən çox təhsilverən sertifikasiya prosesindən keçib.

 

Sertifikasiya imtahanından keçən 5654 müəllimin maaşı 10 faiz, 3127 müəllimin isə maaşına 35 faiz əlavə olunub.

 

Bu ilin yayında ölkə üzrə bütün Azərbaycan dili və ədəbəiyyatı, ibtidai sinif müəllimləri sertifikatlaşdırmaya cəlb olunacaq.

Bəzi ibtidai sinif müəllimləri var ki, ötən ilki nəticələrinə qane olmadıqlarından, bu il könüllü şəkildə yenidən sertifikasiya imtahanlarında iştirak etmək istəyirlər.

Məqsədləri də budur ki, nəticələrini yüksəldib 50+1 bal tolayıb, maaşlarını 35 faizlik artım ilə alsınlar.
 

Bəs həmin müəllimlərin könüllü şəkildə sertifikasiya imtahanında iştirakı mümkündürmü? 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın bu mövzudakı sorğusu cavablandırılıb.


Nazirlikdən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasında könüllü iştirakla bağlı qeyd mövcud deyil.  

 

Qeyd edilib ki, bu Qayda ilə müəyyən olunmuş keçid balını toplayan təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar. Sertifikasiyadan məqbul bal toplayan müəllimlər yenidən sertifikasiyaya cəlb olunmur. 

 

“Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər”,-deyə nazirlikdən bildirilib.