Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-22 17:14:22
AzMİU-da “Mən kim olacam?” layihəsinə start verilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələr üçün “Mən kim olacam?” adlı yeni video müsabiqəyə start verib. Müsabiqə çərçivəsində tələbələrimiz öz ixtisaslarını tanıdacaq və mükafat qazanacaqlar.

 

AzEdu.az xəbər verir ki ,müsabiqənin şərtləri çox sadədir. “Mən kim olacam!” layihəsi çərçivəsində 1 dəqiqəlik video təqdimat hazırlamaq və onu sosial şəbəkələrdə paylaşmaq lazımdır. Tələbə videonu universitetin görkəmli yerlərindən birində çəkilməli, şəxsi sosial şəbəkəsində (Feysbuk, İnstaqram, TikTok, LinkedIn, Tvitter, Telegram, Yutub və s.) paylaşmalıdır. Daha sonra paylaşım linkini +994503311695 votsap nömrəsinə göndərməlidir.

 

Hər ixtisas üzrə təsadüfi üsulla seçilmiş 2 video təqdimat AzMİU-nun sosial şəbəkə hesablarında paylaşılacaq. Növbəti mərhələdə isə AzMİU-nun sosial şəbəkə hesablarında ən çox bəyənilən 5 video təqdimat Azərbaycan Universitetləri Feysbuk səhifəsində yayımlanacaq. Bu mərhələdə də bəyənmə sayı əsas götürüləcək. Ən çox bəyənilən video təqdimatın sahibinə 500 AZN məbləğində pul mükafatı veriləcək. 

 

Qalib və Azərbaycan Universitetləri Feysbuk səhifəsində video təqdimatı paylaşılan digər tələbələrin isə AzMİU rektoru ilə görüşü təşkil olunacaq və rektor tərəfindən onlara Fəxri Fərman təqdim ediləcək.   

 

Qeyd edək ki, müsabiqənin birinci mərhələsi mayın 15-ə kimi davam edəcək. 2-ci və 3-cü mərhələlər isə may ayının sonuna kimi davam edəcək.

 

Daha ətraflı məlumat üçün LİNKƏ keçid edə bilərsiniz: https://www.youtube.com/watch?v=86Pb1JqgbhE