Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-22 11:40:00
İntensiv yağış, dolu yağacaq- Xəbərdarlıq

Bu gün və sabah əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var.

 

Aprelin 24-də axşam yenidən qərb rayonlarından başlayaraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.