Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 16:59:00
Bakı məktəbliləri AzMİU-da- FOTO 

Bakının Mehdi Hüseynzadə adına 19 saylı tam orta məktəbinin I fənn qrupu üzrə ali məktəbə hazırlaşan XI sinif şagirdləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, şagirdlər universitetin şəhərciyi, tədris binaları, laboratoriyaları, Heydər Əliyev muzeyi, Sərgi Salonu, Şəhidlər Xatirə Kompleksi və İdman Kompleksi ilə tanış olublar. Məktəbliləri AzMİU-nun prorektoru Orxan Naqdiyev və Tələbə Həmkarlar Təşkilatı Komitəsinin sədir müavini Şahmar Rəfili qarşılayıblar. Orxan Naqdiyev və Şahmar Rəfili məktəblilərə AzMİU, universitetin tədris prosesi, maddi-texniki bazası və tələbə həyatı haqqında geniş məlumat veriblər. Görüş zamanı şagirdlərin sualları cavablandırılıb və onlar üçün AzMİU tələbələrilə ünsiyyət imkanı yardılıb.