Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-24 16:20:00
Məktəbli forması səs-küyə səbəb oldu – İşə rəsmilər də qarışdı

Yaponiya orta təhsil müəssisələrindən birinin məktəbli formasını italiyalı dizayner Giorgio Armaniyə hazırlatması ciddi fikir ayrılığına səbəb olub.

AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, hər şagirdə təxminən, 1400 AZN (yerli məzənnə ilə) başa gələn forma Yaponiya parlamentində müzakirəyə çıxarılacaq səviyyəyə çatıb.

Millət vəkilləri və valideynlər məktəbli formasının bu qədər baha qiymətə sifariş edilməsinə qarşı çıxıblar.

Sözügedən məktəbin mövcud formaları Yaponiya valyutası ilə oğlan şagirdlər üçün 16 000, qız şagirdlər üçün isə 19 000 Yenə sifariş edilib. Yeni məktəbli formaları üçün valideynlərin cibindən çıxacaq məbləğ isə 90 000  Yendir.

“Övladımın məktəbli  formasının xərci bütün geyimlərimin toplam qiymətindən bahadır”.

Mövzu ilə bağlı Yapon mətbuatına açıqlama verən bir valideyn bildirib ki, bahalı geyim yaxşı, ucuz isə pisdir anlayışının uşaqların beyninə yeridilməsindən narahatdır. Digər valideynlər isə məktəb yaşlı uşaqların bədən ölçülərinin  çox sürətlə dəyişdiyini əsas gətirərək məktəbi bu məsələdə valideynlərlə razılığa cəhd etməməkdə günahlandırıblar.

Məktəb direktoru mövzu ilə bağlı danışarkən bildirib ki, keçən il formaların dəyişəcəyi haqda valideynlərə məlumat versə də, qiymətlərlə bağlı heç nə deməyib. Məktəb rəhbərliyi xüsusi dizaynlı formaların 150 yaşlı məktəbi Armani və Yaponiyadakı ən böyük mağazaya sahib Ginza istiqaməti ilə bərabərləşdirmək məqsədilə sifariş verdiyini bildirib.

Araşdırmalar zamanı övladı həmin məktəbdə təhsil alan valideynlərin hələ heç vaxt bu firmadan geyinmə imkanınamalik  olmadıqları məlum olub.

Valideynlər məktəbi belə qəfil qərar verməkdə günahlandıraraq, rəhbərliyin öncə valideyn və şagirdlərlə danışıb razılaşmalı, sonra qərar verməli olduğunu düşünürlər.

Ölkə iqtisadiyyatına zərbə vuran məktəbli forması...

Yaponiya parlamentində müzakirəyə çıxarılan məktəb formasının düzgün       qərar olmaması ilə yanaşı, ölkə iqtisadiyyatına zərər olduğu qərara alınıb.      

Beləcə Armani firması məşhur brendin dünyada ilk dəfə məktəbli forması ilə qalmaqal yaratması mövzusunda gündəmə gəlib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları