Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 10:23:01
DİM abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) abiturineyntlərə müraciət edib.


AzEdu.az xəbər verir ki, DİM-in müraciətdə deyilir:
 

“Məlum olduğu kimi, hazırda I, II, III və IV qruplar üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyat davam edir. Qeydiyyatdan keçmək istəyən abituriyentlər mayın 5-dək ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə də müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər”.