Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 09:00:00
“Dərzi” ixtisasının tanınması üzrə sənəd qəbulu aparılır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “dərzi” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

 

AzEdu.az xəbər verir ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dərzilər səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

 

Məlumat üçün qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə Sertifikat  təqdim ediləcək.

 

Qeydiyyat üçün son tarix 20.05.2023-cü ildir.