Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-24 13:30:00
Tələbələrin qiymətləndirmələrlə bağlı bilmədikləri vacib hüquqi əsaslar – Kredit sisteminin məchulları

17 sentyabrdan etibarən, respublikanın ümumtəhsil məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrində də yeni dərs ili start götürüb. Müşahidələr göstərir ki, universitetlərdə təhsil alan tələbələrin əksəriyyəti qiymətləndirmə prosedurunu bilsə də, rəsmi sənədlərdə qeyd olunan meyarlarla tanış deyillər.

AzEdu.az bunu nəzərə alaraq, “kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” Əsasnəməyə istinadən ali təhsillə bağlı ümumi anlayışları, imtahan sessiyasının təşkili və keçirilmə qaydalarını, eyni zamanda, imtahana görə balların yığılması prosedurunu diqqətə çatdırır:

Biliyin qiymətləndirilməsinin çoxballı sistemi tələbələrin tədris fəaliyyəti nəticəsində fənnin öyrənilməsində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsinin yeni mexanizmidir. Bu sistem tələbəyə fərdi yanaşmanı təmin etməklə onun tədris prosesindəki fəaliyyətinin aşağıda göstərilən əsas istiqamətlərini əhatə edir:

Mühazirə seminar (məşğələ) laboratoriya dərslərinə davamiyyətini;

-Seminar (məşğələ) dərslərində müxtəlif formalı yoxlamalar (frontal sorğular kollokviumlar, praktiki məsələlərin həlli və s.) əsasında bilik səviyyəsinin qiymətləndirilməsini;

-laboratoriya işlərin yerinə yetirilməsini;

kurs işinin (layihəsi) yazılması mövcud standartlara uyğun tərtibi və onların müdafiəsini;

 -təcrübələrin nəticələrini;

-fənlər üzrə imtahanların nəticələrini;

-buraxılış işlərinin müdafiəsini və buraxılış dövlət imtahanın nətijəsini;

Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır.

Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

 50 bal imtahanın nəticəsinə görə;

 10 bal dərslərə davamiyyətinə görə;

 10 bal tələbənin sərbəst işinə görə;

 20 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə;

(Eyni fəndən həm seminar (məşğələ) həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır).

 10 bal kurs işinin hazırlanmasına və müdafiəsinə görə;

(Fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur. Texniki profili ali məktəblərdə seminar və kurs işinə görə balların bölünməsi ali məktəb tərəfindən müəyyənləşdirilir.

Əgər fənnin tədrisi yalnız mühazirə, seminar (məşğələ) şəklində nəzərdə tutularsa, bu zaman davamiyyətə və sərbəst işə ayrılmış ballar istisna olmaqla qalan 30 bal tədrisin bu növ göstəricilərinə görə hesablanır.

Qrup jurnalında dərsdə iştirak etməyən tələbələrə həmin saata «q/b» sorğulara cavab verənlərə müvafiq «bal» dərsdə iştirak edən lakin qiymət almayanlara isə «i/e» yazılmalıdır.

 Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

 

- 51 baldan aşağı

 

-   «qeyri-kafi»;

- F

- 51-60 bal

-    «qənaətbəxş»

 

- E

- 61-70

-   «kafi»

- D

- 71-80

-   «yaxşı»

- C

- 81-90

-   «çox yaxşı»

 

- B

- 91-100

-   «əla»

- A

İmtahan vərəqələrində tələbələrin qiymət kitabçalarında, diplomlara əlavələrdə və digər sənədəlrdə tələbələrin fənlər üzrə qazandıqları ballar və onların hərf işarələri qeyd olunmalıdır.

Tələbənin biliyinin qiymətləndirilməsi üçün imtahanlar bir qayda olaraq yazılı şəkildə aparılır. Bəzi fənlərin (mədəniyyət, incəsənət, idman və s.) xüsusiyyətlərindən asılı olaraq nəzəri suallarla yanaşı ixtisas üzrə qabiliyyət tələb edən tapşırıqlar da imtahan suallarına əlavə edilə bilər.

Fənni tədris edən müəllim tələbələrə ilk gündən çoxballı sistemin əhəmiyyətini, onların tədris fəaliyyətinin müxtəlif növlərinin hansı ballarla qiymətləndirilməsini, imtahanların aparılma qaydasını izah etməlidir.

İmtahanların gedişi və təşkili «Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə» və «Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə»lərlə tənzimlənir

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. İmtahanın qiymət meyarları aşağıdakılardır:

 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir.

8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

7 bal - tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir

 6 bal - tələbənin cavabı əsasən düzgündür.

5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;

3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;

1-2 bal - tələbənin mövzudan qismən xəbəri var

 0 bal - suala cavab yoxdur.

 Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Tələbələrin imtahan-yazı işləri fənnin tədrisi başa çatdıqdan sonra bir semestr saxlanılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları