Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 11:56:00
Əvvəlki ilin məzunları qəbul imtahanının hər iki cəhdində iştirak etməlidir? - DİM-dən CAVAB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki ilin məzunları üçün 2 aprel tarixində buraxılış imtahanı keçirildi. Növbədə isə qəbul imtahanları gəlir.

 

Məlum olduğu kimi, qəbul imtahanları 2 mərhələdən ibarət olacaq.

 

Bəs əvvəlki ilin məzunları l cəhddə iştirak etmədiyi halda ll cəhddə iştirak edə biləcək?

 

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, əvvəlki ilin məzunları l cəhd imtahanında iştirak etməsələr də, ll cəhd imtahanına gələ bilərlər.

 

 

Xatırladaq ki, 2 aprel buraxılış imtahanının nəticələrinin mayın əvvəlində elan olunması nəzərdə tutulur.