Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 22:29:00
149 saylı məktəbdə zəhərlənən bütün şagirdlər evə buraxılıb - YENİLƏNİB

Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyinin çağırışı ilə təcili-tibbi yardım xidməti vasitəsilə Kliniki Tibbi Mərkəzə aparılan 15 şagirdin hamısı müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.

 

AzEdu.az.az xəbər verir ki, bu barədə Bakı şəhəri 149 saylı orta məktəbdən bildirlib.

***

Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirddən 13-ü müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı şəhəri 149 saylı orta məktəbdən bildirilib.

 

Məlumata görə, digər 2 şagirdin vəziyyəti qənaətbəxşdir.

 

***

Bakıdakı 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.

 

AzEdu.az xəbər verir ki, şagirdlər Kliniki Tibbi Mərkəzə aparılıblar.

 

Bakı şəhəri 149 nömrəli məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

 
TƏBİB-dən bildirilib ki, təcili tibbi yardım briqadaları çağrış ünvanına cəlb edilib:

 

"Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".