Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 17:29:14
Azərbaycan elm tarixində qızıl medal gətirən ilk QIZ RİYAZİYYATÇI

Xəbər verdiyimiz kimi, 13- 19 aprel 2023-cü il tarixləri arasında Sloveniyanın Portoroz şəhərində XII Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. Bu yarışda 57 ölkədən 213 məktəbli iştirak edib. Olimpiadada 4 məktəbli ilə təmsil olunan Azərbaycan komandası uğurla çıxış edərək, 1 qızıl, 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıb.

AzEdu.az xəbər verir ki, qızıl medal qazanan Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11b sinif şagirdi Qarayeva Fidan Mübariz qızıdır. O, bütün iştirakçılar arasında maksimum nəticə göstərərək və ən yüksək bal toplayıb və Azərbaycan elm tarixinə ölkəyə qızıl medal gətirən ilk qız riyaziyyatçı kimi adını yazdırıb.

Xatırladaq ki, Fidan Qarayeva bu yaxınlarda ABŞ-ın nüfuzlu Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub.