Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 17:13:00
AzTU-da tələbələrə təqaüd proqramlarından danışılıb

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, tədbirdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov AzTU ilə DAAD-nin uzunmüddətli  əməkdaşlığından, təqaüd proqramlarının mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıblar.

 

Daha sonra DAAD-nin AzTU-da alman dilini tədris edən müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti, magistratura və doktrantura səviyyələri üzrə təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat verib.

 

Sonda tələbələrin sualları cavablandırılıb.