Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 15:53:43
Məktəbdaxili qiymətləndirmə müzakirə olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəbdaxili qiymətləndirmə ilə bağlı görüş keçirilib.

 

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib.

 

Görüşdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazədə, sektorun əməkdaşları və ibtidai sinif müəllimləri iştirak edib.

 

Görüşün keçirilməsində əsas məqsəd məktəbdaxili qiymətləndirmənin keyfiyyətli təşkili üçün peşəkar yanaşmalara diqqət yetirmək, müəllimlərə dəstək üçün təkliflər hazırlamaq, qiymətləndirmə ilə bağlı problemləri və həlli yollarını araşdırmaqdan ibarətdir.

 

Görüşdə şagirdlərin biliyinin düzgün qiymətləndirilməsinin vacibliyi, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatının təkmilləşdirilməsi, məktəbdaxili qiymətləndirmənin təşkilində müasir yanaşmaların mütəmadi olaraq nəzərdən keçirilməsi və digər mövzulara dair fikir mübadiləsi aparılıb.

 

Görüşdə iştirak edən ibtidai sinif müəllimlərinə sorğu təqdim olunub.

 

Sorğular təhlil olunduqdan sonra növbəti görüşlərin keçirilməsi nəzərdə tutulur.