Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 15:18:00
İranda qızların yeni kütləvi zəhərlənməsi baş verib

İranda yeni kütləvi zəhərlənmə hallarının görüntüləri reaksiya doğurub.

 

AzEdu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

İranın Təbriz, Senendac, Urmiya və Kerac şəhərlərində tələbə qızlara qarşı yeni zəhərlənmə halları qeydə alınıb.

 

Şagirdlərin kimyəvi qazla zəhərləndiyi iddia edilən görüntülər böyük əks-səda doğurub.

 

Paylaşılan görüntülərdə bəzi qız tələbələrin zəhərlənmənin təsirindən huşsuz halda yerdə oturduğu və nəfəs almaqda çətinlik çəkdiyi, məktəbin qarşısında təcili yardım maşınlarının gözlədiyi görülüb. İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.