Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 14:29:26
Azərbaycanlı alimin müsahibəsi Rusiya jurnalında...

Rusiya Federasiyasının “Российское образование” jurnalının təşkilatçılığı ilə Biznes təhsilində Avrasiya standartlarının hazırlanması və qəbuluna həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib. Konfransda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri professor Məhəbbət Məmmədov da iştirak edib. 

 

AzEdu.az xəbər verir ki, professor Məhəbbət Məmmədovun bununla bağlı “Российское образование” jurnalında müsahibəsi də dərc olunub. Müsahibədə qlobal bilik iqtisadiyyatının formalaşmasında mütəxəssis hazırlığının rolu və bu istiqamətdə rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayan biznes təhsili sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikirlər yer alıb.