Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 12:12:40
UNEC ilə “PAŞA Sığorta” arasında əməkdaşlıq memorandumu imzalanıb

UNEC ilə “PAŞA Sığorta” ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, UNEC rektoru professor Ədalət Muradov və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova arasında imzalanan sənədə əsasən, şirkət və universitet tələbələrin təhsil və karyera inkişafı üzrə bir neçə istiqamətdə əməkdaşlıq edəcək.

 

Bu istiqamətlər arasında tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, PAŞA Sığorta tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, birgə layihələrin hazırlanması, tələbələrin təcrübəsinin təşkili və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.