Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-24 11:03:48
Türkiyədəki tələbə və şagirdlərin sayı bir çox ölkələrin əhalisindən çoxdur – Reytinq göstəricisi

Türkiyədə hazırda  25.5 milyona yaxın tələbə təhsil alır.  Qardaş ölkə bu göstərici ilə 143 dövləti geridə qoyub. Reytinq siyahısında ondan geri qalanlar arasında Hollandiya, Avstraliya, Azərbaycan, Kamerun kimi müxtəlif qitələrdən olan ölkələr yer alıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə orta təhsil alanların sayı 17 milyon 749 mindir. Portuqaliya və İsveç orta məktəb şagirdlərinin sayı ilə Türkiyədən geri qalıb.  Türkiyədə sırf yuxarı sinif şagirdlərinin sayının 5 milyon 535 min olduğu aydın olub.

Buradakı tələbə sayı isə Bolqarıstan, Liviya, Livan kimi ölkələrin ümumi əhali sayından daha çoxdur. Reytinqdə əhali sayı Türkiyədəki tələbə sayından aşağı olan ölkələr arasında 5.5 milyon əhalisi olan Finlandiya,  7 milyon əhalisi olan Bolqarıstan,  10 milyon əhali ilə Azərbaycan və 25 milyon ilə Avstraliya  da daxil olmaqla, 5 qitədən 143 ölkə yer alıb.

Türkiyə orta məktəb şagirdlərinin sayı ilə Avropanın ən qabaqcıl ölkələrindən olan Hollandiyanın əhali sayını da üstələyib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları