Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 12:23:21
Alimlər UNEC-də toplanıb

Bu gün UNEC-də “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda tədbir keçirilir.

 

AzEdu.az xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradovun moderatorluğu ilə keçirilən tədbirin açılışında elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış ediblər.

 

Tədbirdə AMEA Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun “Görkəmli alimlərin həyatları barədə oçerklərin elmin populyarlaşdırılmasında rolu”, millət vəkili Etibar Əliyevin “Elmin populyarlaşdırılması Azərbaycanda elmin inkişaf amili kimi”, Almaniyanın Munhen Texniki Universitetinin professoru Məsud Əfəndiyevin “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzularında təqdimatları olacaq.

 

Millət vəkillərinin, ali təhsil müəssisələrinin rektorlarının, elm müəssisələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycan elminin populyarlaşdırılması ilə bağlı müzakirələr aparılacaq.


AzEdu.az tədbirdən geniş yazını təqdim edəcək.